Ərdoğan və Tramp İran ətrafındakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Bərahəddin Duran məlumat verib.

Söhbət zamanı İran ətrafındakı vəziyyət və Fars körfəzi ölkələrində baş verən hadisələr müzakirə olunub.

Məlumata görə, liderlər regiondakı son gərginlik və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

O bildirib ki, telefon danışığında İran və Fars körfəzi regionunda baş verən cari proseslər diqqət mərkəzində olub.

Qeyd edək ki, regionda vəziyyət ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra daha da gərginləşib.