Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı ölkəsinin İrana humanitar yardım göstərməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Ermənistan və İranın xarici işlər nazirləri arasında baş tutan telefon danışığında regiondakı son vəziyyət müzakirə olunub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı, ölkənin bir çox yüksək rütbəli rəsmisi öldürülüb. Baş verənlərə cavab olaraq, İran tərəfi ABŞ və İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.