Ermənistan Xankəndidə "ordu" yığır? – “Vəziyyətlərini kritikləşdirirlər”
Banuçiçək Kalbalıyeva
14:27 22.02.2021
Gündəm
706
Ermənistan Xankəndidə "ordu" yığmağa başlayıb. Bunu hətta rus mətbuatı da yazıb. Yəni Kreml də düşmənlərimizin “dəcəlliklərini” etiraf edir. Doğrudan da, özlərini lap nadinc uşaq kimi aparırlar. Görün, bu, artıq neçənci təxribatdır. Gah heykəl ucaltdılar, gah rus dilini “dövlət dili” elan etdilər, gah da “dirçəliş” günü keçirdilər. Bu da növbəti həngamə imiş...Onların özlərini nadinc uşaq kimi apardıqlarını nəzərə alsaq, deməli, “küncə qoyulmaq” vaxtları çoxdan çatıb. Yoxsa, belə siyasi oyunların ardı-arası kəsilməyəcək.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu barədə “Sherg.az”a danışarkən rəsmi İrəvanın məqsədini açıqladı:
“Belə təxribat xarakterli addımlar erməni və rus mətbuatında dərc olunur. Xüsusilə, ermənilərin təsiri altındakı rus KİV-i analoji xəbərləri tirajlayır. Əlbəttə, belə təşəbbüsləri revanşist qüvvələrin fəallaşması kimi qiymətləndirə bilərik. Onlar məğlubiyyətlə barışmaq istəmirlər. Məqsədləri “damarımıza basmaq” və guya mövcudluqlarını göstərməkdir. Lakin bilməlidirlər ki, qeyri-obyektiv, xüsusilə bizi qıcıqlandıracaq xəbərlər yaymaqla ancaq öz vəziyyətlərini daha da kritikləşdirirlər”.
S.Seyidov, həmçinin Ermənistan daxilindəki vəziyyətdən də danışdı:
“Etirazçılar hakimiyyəti dəyişdirmək istəyirlər. Əlbəttə, “Artsax” yoxdur. Sadəcə narazı qüvvələr virtual “Artsax” yaratmaqla öz siyasi məqsədlərinə çatmağı arzulayırlar. İkinci bir tərəfdən isə beynəlxalq aləmdəki olan-qalan mövqelərini itirməmək barədə düşünürlər.
Və həm də “Bəlkə, qaytardılar” fəlsəfinə söykənirlər.
Bizə nəsə edə bilməyəcəklərini özləri də yaxşı bilirlər. Lakin bununla daxildə hansısa siyasi məqsədlərə çatmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət