
Ermənistanda Rusiyaya qarşı birbaşa əməllər görünmür - Ekspert
Yusif Nəzərli
12:03 05.11.2023
Gündəm
369
İrəvanın Moskvaya qarşı mövqeyi sadəcə siyasi ritorikada hiss olunur
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib. Zaxarova bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir:
“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb. Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”. Onun sözlərinə görə, Rusiya ilə müttəfiqlik münasibətlərinin qəsdən pozulması təəssüf hissi doğurur. Diplomat, eyni zamanda KİV-də anti-Rusiya fikirlərinin yer aldığını da qeyd edib.

Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, tərəflər sərt açıqlamalara üstünlük versələr də, bir-birinə yönəlik konkret və birmənalı hərəkətə keçmirlər. Ekspertə görə, Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir:
"Ermənilər rusların hərbi və iqtisadi infrastrukturlarına zərər vurmurlar, təhdid yaratmırlar. Yəni İrəvanın Moskvaya qarşı mövqeyi sadəcə siyasi ritorikada hiss olunur. İki tərəf qarşılıqlı şəkildə bir-birini ittiham edirlər. Amma Ermənistan ərazisində Rusiyaya qarşı birbaşa və gözəçarpan əməllər müşahidə olunmur. Ona görə Rusiya da adekvat addımlar atmır. Əgər İrəvandan konkret addımlar olarsa, yəqin ki, Kreml müəyyən tədbirlər görəcək. Rusiya indiyədək çalışırdı ki, dolayı yolla, xüsusən, Rusiyanın "5-ci kolon" sayılan siyasi partiyalar hesabına Ermənistana təsir göstərsin. Lakin buna nail olmadı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya