"Financial Times" (FT) danışıqlar aparan şəxslərə istinadən yazır ki, ABŞ və İran arasında danışıqlar Hörmüz boğazı məsələsinə görə çıxılmaz vəziyyətə düşüb.
Sherg.az xəbər verir ki, İranın "Fars" Agentliyi xəbər verir ki, Pakistanın paytaxtında diplomatik danışıqların ilk mərhələsinin sonunda nümayəndə heyətləri müzakirə olunan məsələləri əks etdirən yazılı sənədlər mübadilə ediblər.
Vaşinqton və Tehran 8 aprel tarixində iki həftəlik atəşkəs barədə razılığa gəlib. Tərəflər arasında danışıqlar 11 aprel tarixində Islamabad şəhərində başlayıb. ABŞ nümayəndə heyətinə vitse-prezident J. D. Vance, Donald Trampın xüsusi nümayəndəsi Steve Vitkoff və prezidentin kürəkəni Cared Kuşner daxildir.
İran tərəfini isə baş danışıqlar aparıcısı Məhəmməd Baqir Qalibaf və ölkənin xarici işlər naziri Abbas Əraqçi təmsil edir.