Forum çərçivəsində turizmin inkişaf perspektivləri müzakirə olunub
Yusif Nəzərli
07:15 02.05.2024
Gündəm
303
Turizm xalqlar arasında mədəniyyətlərarası dialoqun asanlaşdırılmasında əsas rol oynayır.
Bunu Bakıda keçirilən VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” mövzusunda panel müzakirəsi zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, turizm Azərbaycan iqtisadiyyatının inkişafında həlledici amilə çevrilir və hökumət bu sektorun gücləndirilməsinə xüsusi diqqət yetirir:
"Dövlət Turizm Agentliyi də öz növbəsində Azərbaycanın turizm potensialını müxtəlif bazarlarda fəal şəkildə təbliğ edir və turistlərin sayında əhəmiyyətli artıma nail olur. Təbii ki, pandemiya qlobal turizmə ciddi təsir edib və Azərbaycan da istisna deyil. Bununla belə, biz sektorun bərpasında müsbət meyilləri görməkdən məmnunuq və inanırıq ki, bu il Azərbaycanda turizm sənayesinin tam bərpasına nail olacağıq".
BMT-nin Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroşeviç çıxışı zamanı deyib ki, turizmlə bağlı artım tendensiyası təkcə Azərbaycanda yox, bütün dünyada müşahidə edilir və bu, çox sevindirici haldır.
Onun sözlərinə görə, bu, çox sayda insanın müxtəlif mədəniyyətlərlə yaxından tanış olma imkanının baş tutması deməkdir.
O, çıxışı zamanı gənclərin turizmə təşviq edilməsinin vacibliyini və turizmlə bağlı etik kodeksə diqqət etmənin önəmini vurğulayıb.
"Turizm Araşdırmaları Səlnaməsi" nin təsisçi-redaktoru dr. Cəfər Cəfəri çıxışı zamanı söyləyib ki, turizmin inkişafı üçün sülh önəmlidir:
"Mən deyərdim ki, sülh turizmin dinidir. Sülh olmadan turizm iflic olur. Biz nümunələrə də baxınca görürük ki, münaqişələrin baş verməsi turizmi çökdürür".
Panel müzakirəsində iştirak edən qonaqlar - Sarayevo Şəhər Şurasının sədri cənab Yasmin Ademoviç, "Songa Africa"nın təsisçisi xanım Roset Şantal Ruqamba, "Get up and go Colombia"nın həmtəsisçisi və direktoru cənab Migel Karvaxal, Turizmdə gənclər və istedadların inkişafı üzrə baş ekspert xanım Lusi Qarner, Dünya Turizm Etikası Komitəsinin müvəqqəti sədri xanım Daniela Otero məruzəçi kimi çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə