Fransa 2027-ci ildə hərbi xərclər istisna olmaqla büdcəni dondurmaq istəyir

Fransa hökuməti 2027-ci ildə müdafiə xərcləri istisna olmaqla, dövlət büdcəsi xərclərini artırmamağı planlaşdırır.

Sherg.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornu çağırış edib. O bildirib ki, ölkənin mürəkkəb iqtisadi vəziyyəti nəzərə alınaraq, 2027-ci ildə müdafiə sahəsindən başqa bütün istiqamətlər üzrə dövlət xərcləri 2026-cı il səviyyəsində saxlanılmalıdır.

Qeyd olunur ki, inflyasiya nəzərə alındıqda, xərclərin nominal olaraq əvvəlki səviyyədə saxlanılması faktiki olaraq büdcə xərclərinin azalması demək olacaq.

Fransada işsizlik səviyyəsinin də son illərin ən yüksək göstəricilərindən birinə çatdığı bildirilir. Eyni zamanda ölkə 2030-cu ilədək raket və pilotsuz uçuş aparatlarının arsenalını dörd dəfə artırmağı planlaşdırır.