“Fransa çox ikiüzlüdür”
12:20 05.07.2023
Gündəm
346
“Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bu gün səhərki bəyanatına görə təşəkkür etmək istərdim. Bu, çox güclü və çox doğru bəyanat idi”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısına qatılan Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Maqalie Tinqal deyib.
O, Fransanın Yeni Kaledoniyanın azadlığı ilə bağlı referendumu pandemiya dövründə keçirməsinin ikiüzlülük olduğunu deyib:
“Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentinə bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniyada çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxirə salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacağıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracağıq”.
Maqalie Tinqal qeyd edib ki, Fransa maliyyə təzyiqləri göstərməklə neokolonial siyasət yürüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya