Fuad Muradov estoniyalı nazirlə görüşüb
Yusif Nəzərli
13:35 09.11.2022
Gündəm
352
Estoniyaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin dövlət idarəçiliyi naziri Riina Solman və Mədəniyyət Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri, icmalar üzrə məsul nümayəndəsi Anne Ly Reima ilə görüşüb.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Görüşlər zamanı iki ölkə arasında tarixi münasibətlərdən, Azərbaycan icmasının Estoniyada aktiv fəaliyyət göstərməsindən, eston cəmiyyətinə sürətlə inteqrasiya edən soydaşlarımızın ölkənin ictimai-siyasi və humanitar həyatında yaxından iştirak etməsindən bəhs edilib.
Azərbaycan dovlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, xalqımızın multikultural və tolerantlıq dəyərlərinə malik olduğu, müxtəlif azsaylı xalqların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığı, Birinci və İkinci Qarabağ savaşları dövründə bütün xalqların Azərbaycanın ərazi bütövlüyü uğrunda ayağa qalxdığı, hazırda Azərbaycan dövlətinin Qarabağda yenidənqurma və bərpa işləri apardığı nəzərə çatdırılıb.
Dövlət Komitəsinin sədri Estoniyanın hər zaman Azərbaycan dövlətinin yanında olmasına, bu ölkədə Azərbaycan icmasına göstərilən dəstəyə görə nazir Riina Solman və departament rəhbəri Anne Ly Reimaya təşəkkürünü bildirib.
Estoniya rəsmiləri vurğulayıblar ki, Azərbaycan icması Estoniyada digər icmalara nümunədir. Soydaşlarımızın hər zaman Estoniyanın maraqlarına xidmət edən fəaliyyət nümayiş etdirməsi məmnunluqla vurğulanıb.
Ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi və Azərbaycan diasporu ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm