Gələn il dövlət büdcəsindən bu qurumlara pul ayrılmayacaq - SİYAHI

Gələn il dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmayan qurumların adları bəlli olub.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.
Layihəyə əsasən, “Azərbaycan Nəşriyyatı” MMC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” PHŞ, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə və İqtisadiyyat Nazirliyinin tabeliyində "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" PHŞ-ə vəsait ayrılmayacaq.