Geomaqnit qasırğası maksimum həddədir
19:59 17.09.2024
Gündəm
486
"Hazırda dünyanın bir çox yerində, həmçinin ölkəmizdə geomaqnit qasırğası maksimum həddə müşahidə olunur".
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.
Onun sözlərinə görə, Günəşdə aktiv və sakit dövr təxminən 11 ildən bir əvəzlənir. Hazırda Günəş 11 illik aktivliyinin maksimumuna yaxın olduğundan tez-tez geomaqnit qasırğaları baş verir.
"Son bir həftədə Günəşin fəallığı yenidən artıb və sonuncu dəfə X4.5 sinifli alışma baş verib. Sentyabrın 14-də 3825 nömrəli regionda baş vermiş alışma Tac kütlənin atılması (Plazma atılması) ilə müşayiət olunub. Plazma atılmasının təsiri isə Yerə adətən 2-3 günə çatır. Əvvəlki günlərdə də oxşar proseslər baş verdiyindən onların təsiri dünəndən geomaqnit qasırğası səviyyəsində gözlənilirdi. G3 səviyyəli (güclü) geomaqnit qasırğası proqnozlaşdırılsa da, bu gün sutkanın ilk saatlarından qasırğanın gücü artıb və yerli vaxtla 07:00-da G4 səviyyəsi (şiddətli qasırğa) qeydə alınıb. Hazırda geomaqnit qasırğası davam edir. Geomaqnit qasırğası Şimal en dairələrində qütb parıltılarının görünməsinə də səbəb olub", - deyə S.Alışov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət