Gözlər Kılıçdaroğluna çevrildi: Sabah hansı mesajları verəcək?

Türkiyənin ana müxalifət partiyası CHP-də məhkəmə qərarından sonra yaranan siyasi gərginlik davam edir.

Sherg.az xəbər verir ki, bu dəfə diqqətlər partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun sabah keçirəcəyi xalq görüşünə yönəlib.

Ankara siyasi kulislərində Kılıçdaroğlunun çıxışında partiyadaxili müzakirələr, “təmizlənmə” çağırışı, həmçinin çirikli pullar və korrupsiya iddiaları ilə bağlı diqqətçəkən mesajlar verəcəyi iddia olunur.

Məlumata görə, Kılıçdaroğlu şənbə günü CHP qərargahında partiya üzvləri ilə bayramlaşacaq və məhkəmə prosesindən sonra ilk dəfə burada çıxış edəcək.

CHP daxilində yeni böhran da yaşanır. Kılıçdaroğlu deputatlara göndərdiyi məktubda bildirib ki, onun göstərişi olmadan parlamentdə CHP qrup toplantısı keçirilməyəcək.

Eyni vaxtda CHP-nin hazırkı sədri Özgür Özəlin də Ankarada mitinq keçirəcəyi açıqlanıb. Hər iki siyasətçinin verəcəyi mesajların partiya daxilindəki qüvvələr balansına təsir edə biləcəyi bildirilir.

Partiya qərargahında Kılıçdaroğlu üçün “Təmiz siyasət”, “Səninləyik, qəhrəman Kamal” kimi şüarların yer aldığı afişaların hazırlandığı da qeyd olunur.