"Güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktorudur" - Millət vəkili
09:40 26.06.2022
Gündəm
659
"1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olunub".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə, Çar Rusiyası dövründə “Vəhşi Diviziya” adlanan süvari alayının əsgərlərindən ibarət 5 min nəfərlik korpus formalaşdırılmışdı:
"1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycan dövlət müstəqilliyini itirmiş və milli ordu ləğv olunub. 1991-ci ildə Azərbaycan müstəqililiyini bərpa etdikdən sonra, Ali Sovet tərəfindən, Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edilib. 1998-ci il, may ayının 22-də Prezident Heydər Əliyev, 26 iyunu - Silahlı Qüvvələr Günü kimi qeyd olunması barədə fərman imzalayıb. Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir".
Parlament üzvü vurğulayıb ki, ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq edib: "Güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir xalq üçün qürur mənbəyidir. Bu baxımdan, tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan xalqının bəxti gətirib. 44 günlük müharibədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, mürəkkəb coğrafi və geosiyasi şərtlər daxilində, Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi. Torpaqlar 30 illik işğaldan azad olundu. Azərbaycan dövlətinin, Ordusunun beynəlxalq nüfuzu dəfələrlə artdı. Xalqın sınmış qüruru bərpa olundu. Silahlı Qüvvələr Günü, ölkəmizdə ümumxalq bayramı statusunu qazanıb. Silahlı Qüvvələrin hər bir üzvü, cəmiyyətin ən hörmətli nümayəndələri olaraq qəbul edilir. Dövlət tərəfindən hər tərəfli qayğı göstərilir. Ordumuz günü-gündən daha da təkmilləşir, müasirləşir, döyüş qabiliyyətini artırır. Hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizlə fəxr edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat