Hakan Fidan: “Cənubi Qafqazda sülh üçün Türkiyə bütün gücü ilə çalışır!”

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülhünün əldə olunması üçün ciddi səylərlə çalışır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Cənubi Qafqazla sərhədimiz var, oradakı müharibələr, nizamsızlıq bizə də təsir göstərir. Buna görə də bölgədə nizam və təhlükəsizliyin təmin olunması istiqamətində, təhlükəsizlik sistemi ilə bağlı çox ciddi səylərimiz var. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında ölçülü güc istifadəsindən keyfiyyətli diplomatiyaya qədər, region ölkələri və qlobal güclər arasında balansı saxlayaraq, oradakı istənilən qaynar münaqişənin Türkiyəyə təsir etməməsi üçün böyük səylər göstəririk”, - nazir bildirib.

Hakan Fidan Əlavə edib ki, Yaxın Şərq, Cənubi Qafqaz, Qara dəniz və Aralıq dənizində olduğu kimi, Avropanın təhlükəsizliyi də Türkiyə üçün strateji məsələdir.