Hakan Fidan iranlı həmkarı ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Tehranda iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.


Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Suriya və Liviya kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb.