Həkimlərimiz əsasən Türkiyə və Almaniyaya üz tutur
Yusif Nəzərli
13:32 15.07.2023
Gündəm
408
Onlara lazımi şərait yaratmalıyıq ki, ölkəmizə qayıtsınlar
Azərbaycandan təkcə Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı da dəqiqdir". Bu sözləri sosial media hesabında invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov bildirib. Onun sözlərinə görə, bu axının bir sıra səbəbləri var: "Həmin həkimlərin təhsil aldıqları universitetdə və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdə aldıqları psixoloji travmalar, güvənli şəkildə həkim haqlarını qoruyan, həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması həkimlərin işləmək üçün xaricə getməsinin səbəbləri sayıla bilər".
Xaricə üz tutanların məcburiyyət üzündən bu addımı atdığını vurğulayan kardioloqun fikrincə, heç kəs vətənini buraxıb getmək istəməz: “Gedənlər bir şey itirdilərmi? Xeyr, tam əksinə, gələcəklərini güvənə aldılar. Onlar ölkəmizdən fərqli olaraq, orada həkim kimi öz işindən zövq alacaqlar. Üzücü də olsa, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa, 1400 həmyerlim həkim kimi rahat olacaq. Lazım olduqda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb Vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik".
Qeyd edək ki, Alman Tibb Assosiasiyasının 2022-ci ilin dekabrına olan statistikasına görə, Almaniyada 421.000 həkim çalışır. Onlardan 60 minə yaxını (14 faizdən çoxu) xarici ölkələrdən gələn həkimlərdir.
Almaniyaya gedən azərbaycanlı həkimlərin sayı isə 1359 nəfərə çatıb.
Professor Adil Qeybullanın“Sherg.az”aaçıqlamasına görə, səhiyyə sahəsində müəyyən islahatlar aparılsa da, hələ də xeyli sayda problem var. Professorun fikrincə, xarici ölkədə işləmək və yaşamaq məqsədilə gedənlər üçün Azərbaycanda lazımi şərait yaratmalıyıq ki, onlar ölkəmizə qayıtsın: “Azərbaycanda tibb təhsilini bitirənlər məcburdur ki, rezidentrura təhsili üçün başqa ölkələrə getsinlər. Bu ölkələr də əsasən Türkiyə və Almaniyadır. Həkimlərimizin bu ölkələrə daha çox üz tutmasının bəlli səbəbləri də var. Almaniyada müəyyən qədər həkim çatışmazlığı var, Tükiyə ilə dilimiz eyni, oxşarlıqlarımız çox olduğundan həkimlərimiz daha çox bu ölkələrə axın edir. Lakin Fransa, İngiltərə kimi ölkələrə də axın var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya