I-IV qrup üzrə abituriyentlərin 42 faizdən çoxu 200-dən az bal toplayıb
15:04 03.07.2023
Gündəm
303
I-IV qruplar üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb.
Bu barədə məlumat 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alıb.
Ötən il abituriyentlərin 42,8 faizi imtahandan “2”, 22 faizi - “3”, 25,6 faizi - “4”, 9,6 faizi isə “5” qiymət alıb.
2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44,3%, 20,3%, 25,5%, 10% olub. Keçən il “2” və “5” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.
Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33,8%-ni “3”, 43,8%-ni “4”, 15,8%-ni isə “5” qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29,9%, 47,2%, 18% olub.
Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48,20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51,74%) 100-150 bal intervalında nəticə göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə