İlham Əliyev Albaniya liderini Ermənistanın ərazilərimizdə törətdiyi cinayətlərlə bağlı məlumatlandırıb
Yusif Nəzərli
12:22 15.11.2022
Gündəm
440
“Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik”.
“Report”un xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı deyib.
“Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir. Ancaq 27 il ərzində bu qətnamələr icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq ictimaiyyət və beynəlxalq birlik isə sadəcə olaraq buna göz yumurdu və Ermənistana hər hansısa bir sanksiyalar tətbiq edilməmişdi. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdı ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki 20 faiz Azərbaycan ərazisini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib.
Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə yeksan etmişlər, qalan 2 məsciddə isə heyvan, inək və donuz saxlamışdılar. Bütün müsəlmanların hisslərinə toxunmuşdular. Biz təkbaşına bu məsələni həll etdik, ədaləti bərpa etdik”, - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya