İran ABŞ-ın təşəbbüsünü müharibədə ələ keçirib

Britaniyanın The Guardian qəzeti yazır ki, İran Hormuz boğazını bağlayaraq ABŞ-ın təşəbbüsünü ələ keçirib. Yalnız Tehranda qərar verə bilərlər ki, gəmiçilik yenidən bərpa olunsun.

Məqalədə bildirilir ki, “Bir raket, mina və ya partlayıcı ilə yüklənmiş kiçik gəmi dağıdıcı təsir göstərə bilər. Bu, boğazın yenidən açılmasına yalnız Tehranda qərar verilə biləcəyini göstərir.”

Londondakı "Royal College of Defence Studies"in təhlükəsizlik tədqiqatları üzrə professoru Peter Neumann hesab edir ki, boğazı bağlamaqla İran ABŞ-ın təşəbbüsünü ələ keçirib. “ABŞ bir neçə gündür Hormuz boğazının bağlanmasına münasibət tapmağa çalışır, amma gözləmədikləri bu addım onları çətin vəziyyətə qoyub. İndi təşəbbüs iranlıların əlindədir,” - deyə o bildirib.

İranın mövqeləri ABŞ-ınkından zəif olsa da, Tehran öz strategiyasını uğurla həyata keçirərək Vaşinqtonu çətin vəziyyətə salıb.

Hormuz boğazı dünya bazarına neft və mayeləşdirilmiş təbii qaz tədarüklərinin əsas marşrutudur, qlobal neft, neft məhsulları və LNG tədarüklərinin təxminən 20%-i bu marşrutdan keçir.