İran İsrail ərazisinə münaqişənin başlanmasından bəri ən güclü raket zərbəsini endirdiyini bəyan edib.
Sherg.az xəbər verir ki, bu barədə İranının Hərbi-Kosmik Qüvvələrinin komandanı, general Majid Mousavi məlumat verib.
Onun sözlərinə görə, “işğal olunmuş ərazilərdə” müəyyən hədəflərə çəkisi 1-2 ton olan 30 ədəd ağır ballistik raket buraxılıb.
Mousavi bildirib ki, hücum nəticəsində İsrailin mühüm hava müşahidə sistemləri zədələnib və ya məhv edilib. O qeyd edib ki, bu, münaqişə başlayandan bəri İsrailə qarşı həyata keçirilən ən güclü döyüş atəşi olub.
İranlı generalın sözlərinə görə, bu əməliyyatdan sonra İsrail hava məkanının bir hissəsi artıq İranın nəzarəti altındadır.