İran şahının oğlu: Atəşkəs yoxdur, müharibə daha da alovlanır

“İranda müharibə islahatçılarla radikallar arasında yox, işğalçılarla azadlıq tərəfdarları arasında gedir”.

Teleqraf xəbər verir ki, bunu İsveç parlamentində çıxışı zamanı İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.

“Haqqında danışılmalı olan müharibə İran rejimi ilə İran xalqı arasındakı müharibədir. Bu müharibə hər gün daha da alovlanır və orada heç bir atəşkəs yoxdur”, - o bildirib.

Rza Pəhləvi əlavə edib ki, hərbi əməliyyatların nəticəsi nə olur-olsun, İranın taleyini xarici qüvvələr yox, xalq müəyyən edəcək.