İran XİN: ABŞ ilə danışıqlarda əsas məsələlər üzrə fikir ayrılığı qalır

İran və ABŞ arasında aparılan danışıqlarda bəzi məsələlər üzrə anlaşma əldə olunsa da, bir neçə mühüm mövzuda tərəflərin mövqeləri fərqli olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

Onun sözlərinə görə, tərəflər bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya gəlsələr də, 2-3 mühüm mövzu üzrə fikir ayrılığı qalır və bu səbəbdən danışıqlar razılaşma ilə yekunlaşmayıb.

Bəqayi qeyd edib ki, müzakirələr zamanı yeni mövzular da gündəmə gəlib. Bunlar arasında Hörmüz boğazı ilə bağlı məsələ də var və hər bir mövzu öz mürəkkəbliyi ilə seçilir.

Onun sözlərinə görə, danışıqlar etimadsızlıq və şübhə mühitində keçib və ilk görüşdə yekun razılaşmanın əldə olunacağı gözlənilmirdi.