İran və ABŞ arasında imzalanan qarşılıqlı anlaşma memorandumuna Hörmüz boğazının idarə olunması ilə bağlı məsələlər daxil edilməyib.
Sherg.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, memorandumun detalları ictimaiyyətə açıqlanmır və boğazın idarə olunması məsələsi sahilyanı dövlətlərin səlahiyyətindədir.
“Memorandum çərçivəsində Hörmüz boğazı ilə bağlı məsələlərin detallarını müzakirə etmirik. Boğazın necə idarə olunacağına dair qərarlar sahilyanı ölkələr tərəfindən verilir”, – deyə Bəqayi bildirib.