İrana hücum: Yüksək vəzifəli kəşfiyyatçılar məhv edildi - YENİLƏNİR

İsrail Müdafiə Qüvvələri dünən Tehrana hava zərbələri zamanı İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yüksək vəzifəli əməkdaşlarını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

***

13:51

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç döyüş təyyarəsi İran qüvvələri tərəfindən vurulub.

Teleqraf xəbər verir ki, bu barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahı məlumat yayıb.