ABŞ-nin Pentaqon rəsmiləri İran əleyhinə həyata keçirilən hərbi əməliyyatların ilk altı günündə xərclərin 11,3 milyard dolları keçdiyini açıqlayıb.
Məlumata görə, bu rəqəm yalnız birbaşa əməliyyat xərclərini əhatə edir. Hərbi yığıncaq, şəxsi heyətin göndərilməsi və texnika hazırlığı kimi bir çox xərc isə hələ hesablamalara daxil edilməyib.
ABŞ mediası – o cümlədən "The New York Times" və "The Washington Post" daha əvvəl müharibənin ilk iki günündə təkcə sursat xərclərinin 5,6 milyard dollar olduğunu yazmışdı.
Artan hərbi xərclər "Washington, DC"də yeni büdcə müzakirələrinə səbəb olub. Bəzi senatorlar ABŞ-nin sursat istehsalını artırmasının vacib olduğunu bildirirlər.