ABŞ və İsrailin İranı hədəf alan hücumlarından sonra Tehranda, Körfəzdəki ABŞ bazalarını da hədəf alan raket və pilotsuz uçuş cihazları (PUC) zərbələri davam edir.
Sherg.az xəbər verir ki, hava nəqliyyatı dayandırılan ölkələrdən biri olan Qətərdə türk vətəndaşı Can Taşçı, üç gündür Doha şəhərində panik vəziyyətində qaldığını NTV-yə danışıb.
Taşçı bildirib ki, ətrafdakı alarmlar İngilis və Ərəb dillərində “Evdən çıxmayın, müharibə davam edir” xəbərdarlıqları verir. “Hər səs eşidəndə insanlar panikaya düşür və pəncərədən baxmağa çalışırlar. Raketin haradan gələcəyini bilmirik”, -deyə o qeyd edib.
Türk konsulluğunun verdiyi məlumatlara əsasən, hazırda hava yolları bağlandığı üçün təxliyə mümkün deyil. Konsulluq sosial media vasitəsilə müraciətləri toplayır və yaxın vaxtlarda vətəndaşlara təxliyə ilə bağlı məlumat veriləcək.
Hücumlar nəticəsində Dubay Beynəlxalq Hava Limanı zərər görüb, Abu Dabi və Doha da daxil olmaqla bir sıra böyük şəhərlərdə partlayışlar baş verib. Bir çox ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün fövqəladə təxliyə planları hazırlayır.