İrəvandan gələn siqnal! - “Bu, bizə imkan verir ki, məsələni bitirək”
Yusif Nəzərli
10:09 03.03.2022
Gündəm
1113
Ermənistanın Baş Naziri Nikol Paşinyan müxalif partiya üzvlərinə səslənib. O, “Emənistan” və “Mənim Şərəfim Var” partiyasının üzvlərindən Qubadlı rayonunun rəsmi adına Qubadlı və ya Sansar deməklərini tələb edib:
“Əgər bu rayonun adı Sansardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”.
Son zamanlar Ermənistandan gələn müsbət mesajların arxasında dayanan məqsədləri "sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, müharibədən məğlub ayrılan Ermənistan üçün qeyri-müəyyənlik var:
“Dünyada gedən proseslərdən görsənir ki, bəşəriyyətin gələcəyi dumanlıdır. Böyük güclərin toqquşması insanlarda çaşqınlıq formalaşdırıb. Ukrayna-Rusiya savaşı fonunda Kremlin müəyyən dərəcədə çətinliklə üzləşməsi İrəvanın bel bağlama siyasətində uğursuzluğun olmasını görməsilə nəticələndi. Ona görə də, qarşı tərəfdən pozitiv mesajlar gəlir. Bunların arxasında isə qorxu dayanır. Ermənistanın sülh müqaviləsinin bağlanmasını gecikdirməsi, sərhədlərin müəyyənləşdirilməsində yaratdığı problemlər Azərbaycanın əsəblərini tarıma çəkir. Həmçinin Qarabağdan terrorçuların çıxarılmaması, atəşkəsin tez-tez pozulması dövlətimizin səbr kasasını daşırır. Hazırki məqamda İrəvandan gələn açıqlamalar bizə imkan verir ki, məsələni bitirək. İndiki halda Paşinyanın açıqlaması həm cəmiyyəti, həm də müxalifəti ciddi şəkildə ram edə bilər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm