İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən İsrail istiqamətində raketlərin buraxıldığını qeydə aldığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemləri yaranmış təhlükəyə cavab olaraq raketlərin ələ keçirilməsi üçün fəaliyyətə başlayıb.
“Bir müddət əvvəl SAXAL İran ərazisindən İsrail dövlətinə doğru raketlərin buraxıldığını qeydə alıb. Təhlükəyə cavab olaraq raketdən müdafiə sistemləri ələ keçirmə rejimində fəaliyyət göstərir”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, İsrailin daxili cəbhə komandanlığı ölkə sakinlərinin mobil telefonlarına xəbərdarlıq mesajı göndərib və vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, verilən təlimatlara riayət etməyə çağırıb.