İsrail və Livan arasında 24 saat ərzində atəşkəs ola bilər

Livanla İsrail arasında hərbi əməliyyatların dayandırılması və dayanıqlı sülhün təmin olunması istiqamətində ciddi irəliləyiş qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun bildirib.

C.Aunun sözlərinə görə, atəşkəs rejimi yaxın 24 saat ərzində qüvvəyə minə bilər.