İsrail XİN: HƏMAS iqtidarda olduğu müddətcə, sülh mümkün deyil
Yusif Nəzərli
18:15 19.01.2025
Gündəm
413
HƏMAS hərəkatı iqtidarda olduğu müddətcə, Qəzza zolağında uzunmüddətli sülh olmayacaq.
“Report” EFE agentliyinə istinadən xəbər verir ki, bu fikri İsrailin xarici işlər naziri Gideon Saar İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs rejiminin tətbiq edilməsinə həsr olunmuş mətbuat konfransında bildirib.
“HƏMAS Qəzza zolağını idarə etdiyi müddətcə, münaqişənin hər iki tərəfi üçün nə sülh, nə sabitlik, nə də təhlükəsizlik olacaq”, – o deyib.
Nazirin sözlərinə görə, “israillilər əsas məqsədə – HƏMAS-ın hərbi və hüquqi potensialını məhv etməyə nail ola bilməyiblər, müharibə özü məqsəd olmasa da, məqsədlərə çatmaq üçün başqa imkanlar olmadıqda hərbi əməliyyatlara qayıtmaq lazım gələcək. Saar atəşkəs rejimini yalnız “müvəqqəti tədbir” hesab etdiyini qeyd edib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs rejimi bazar günü qüvvəyə minib. Onun həyata keçirilməsinin üç mərhələsi nəzərdə tutulub. Birinci mərhələ 42 gün təşkil edəcək. Bu müddətdə atəşkəs rejimi qüvvədə olacaq və İsrail qüvvələri sektorun ən sıx məskunlaşmış rayonlarını tərk edərək anklavın sərhədlərinə çəkiləcək. HƏMAS 33 İsrail girovunu, o cümlədən qadın və yaşlı vətəndaşları azad edəcək, İsrail isə, öz növbəsində, 1 890 fələstinli məhbusu azad edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual