İsrailin məktəbə hücumunda həlak olan 160-dan çox uşaq yan-yana dəfn ediləcək

İranın Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın Hörmüzqan əyalətinə bağlı Minab şəhərində yerləşən Şecerətüt-Təyyibə Qız İbtidai Məktəbinə təşkil etdiyi hücum nəticəsində həyatını itirən 160-dan çox uşaq üçün qazılan məzarların fotosunu paylaşıb.

Sherg.az xəbər verir ki, Əraqçi bildirib: “Bunlar ABŞ və İsrailin bir ibtidai məktəbi bombalaması nəticəsində öldürülən 160-dan çox günahsız azyaşlı qız üçün qazılan məzarlardır. Cəsədləri parça-parça oldu. Trampın vəd etdiyi "azadlıq" əslində belə görünür. Qəzzadan Minaba qədər günahsız insanlar soyuqqanlılıqla qətlə yetirildi.”