İtaliya mətbuatı İlham Əliyevin Zəfər Qurultayındakı fikirlərini geniş işıqlandırıb
Yusif Nəzərli
16:41 05.11.2025
Gündəm
163
Aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər İtaliyanın “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, “İnsideover”, “Kmetro0”, “Yahoo Notizie”, “Globus Magazine”, “MetroCT” kimi mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Yazılarda sözügedən tədbirin azad Qarabağda keçirilməsinin əhəmiyyətindən söz açılaraq bu xüsusda Zəfər Qurultayının açılışında çıxışı zamanı Prezident İlham Əliyevin fikirlərindən sitat gətirilib: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir”.
Habelə yazılarda Prezident İlham Əliyevin çıxışında iştirakçılara ilk qurultayın 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırlatdığı və ümummilli liderin həmin qurultayda səsləndirdiyi fikirlərinə istinad etdiyi qeyd olunub: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır”. Ardınca bu xüsusda, Prezident İlham Əliyevin “Biz - ulu öndərin davamçıları bu sözləri gerçəyə çevirdik”, - deyə vurğuladığı qeyd olunub.
Yazılarda həmçinin Prezident İlham Əliyevin çıxışında Ermənistan tərəfindən işğal zamanı Şuşada törədilmiş dağıntılar, hazırda şəhərin yenidən dirçəlişi istiqamətində görülən böyük işlər, Şuşada keçirilən qurultayın böyük tarixi əhəmiyyət daşıdığı və bu gün Azərbaycanın yeni dövrə qədəm qoyduğu, habelə bölgədə sülhün bərqərar olması barədə fikirləri yer alıb.
Report.az/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm