İtaliyalı deputatlar: Azərbaycanda beynəlxalq standartlara uyğun seçkinin şahidi olduq
16:47 07.02.2024
Gündəm
330
Biz şəffaf seçkinin, beynəlxalq standartlara uyğun seçkinin, seçicilərin axınının şahidi olduq.
APA xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən İtaliya parlamentinin üzvü Andreo di Cuzeppe mediaya açıqlamasında deyib.
O bildirib ki, 15 seçki məntəqəsində müşahidə aparıb: “Biz şəffaf seçkinin, beynəlxalq standartlara uyğun seçkinin, seçicilərin axınının şahidi olduq. Gənclər seçkidə böyük həvəslə iştirak edirdi, bu, demokratiyanın nişanəsidir".
Digər parlamentari Naiti Buntrioni deyib ki, o, fəal şəkildə müşahidə prosesində iştirak edib:
“Seçki prosesinin yüksək səviyyədə təşkili ilə bağlı sizləri təbrik edirəm. Biz seçicilərin böyük həvəslə seçkidə iştirakının şahidi olduq. Gün gərgin olsa da, məni heyrətləndirən və müsbət təəssürat yaradan insanların böyük həvəslə iştirakını görmək oldu. Günün birinci yarısında çox sayda vətəndaş səsverməyə gəlmişdi. Bu, əhalinin ölkənin gələcəyinə töhfə vermək istədiyinin nümunəsidir. Çoxdan idi ki, mən belə pozitiv bir situasiya ilə rastlaşmamışdım. Bu onun göstəricisidir ki, hazırkı hökumət və bundan əvvəlki hökumətlər əhali ilə öz arasında etimad yaratmağı bacarıb. Mən burada müşahidə etdiyim seçici axınını bir çox ölkələrə arzu etmək istərdim. Öz ölkəmi nümunə göstərmək istərdim, çoxdandır ki, hökumətlə əhalimiz arasında belə bir etimada nail olmamışıq. Mən burdakı təcrübəni ölkəmdə də tətbiq edəcəyəm”.
Digər parlamentari Salvatori Kayata da həmkarlarının fikirlərinə şərik olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə