"Keçmiş olsun, Türkiyəm!"  - Acun da zəlzələ bölgəsinə yardım etdi

 Türkiyəni sarsıdan Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra dağıntılar altında qalanlar üçün xilasetmə işləri davam edir. Zəlzələ bölgəsinə yardımlar axmaqdadır. Haluk Levent, Acun Ilıcalının bölgəyə 100 TIR içməli su və 5 milyonluq əşya yardım edəcəyini açıqlayıb.
Sherg.az türk mediasına istinadın xəbər verir ki, Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələnin yaralarını sarmağa bütün Türkiyə bir ürək oldu. Məşhur adlar da bölgəyə yardım kampaniyasına başlayıb.
Son zamanlar qurduğu AHBAP dərnəyindəki əsərləri, eləcə də sənətçi şəxsiyyəti ilə hörmət qazanan Haluk Levent, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra fəlakətdən sağ çıxanlara dəstək kampaniyasına başlayıb. 
Sosial media hesabından açıqlama verən Levent bir çox məşhurun kömək etdiyini açıqlayıb. Məşhur ad nəhayət Acun Ilıcalının adını qeyd edib.
Haluk Levent Acun Ilıcalının zəlzələ bölgəsinə 100 TIR içməli su və 5 milyonluq əşya göndərəcəyini bildirib.
Levent paylaşımında "Hörmətli Acun Ilıcalı, sabahdan bölgəyə 100 TIR su göndərir. O daha sonra konteynerlərlə 5 milyonluq zəruru geyim əşyaları göndərəcəyinə söz verib, sağ olsun" deyə qeyd edib.
Acun Ilıcalı özü də zəlzələdən sonra Twitter hesabından açıqlama verərək, "Ürəklərimizi yandıran zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfalar diləyirəm. Dualarımız dağıntılar altında qalanlaradır. Keçmiş olsun, Türkiyəm!" yazıb.
Digər tərəfdən Haluk Levent dünənki paylaşımında Kıvanç Tatlıtuğ, Mustafa Ceceli, Edis Görgülü, Burak Deniz, Hakan Balta-Derya Balta, Emre Kılınç və Merih Dəmiralın da bölgəyə  maliyyə yardımı etdiyini bildirib.
Turan