Kəramət Böyükçöl mağazasını niyə bağlayır ? - "Qazel" alacaq
17:10 18.09.2024
Gündəm
665
Yazıçı Kəramət Böyükçöl Elmlər Akademiyasının yaxınlığında açdığı "Kerrazon" kitab mağazasını bağlayır. "Sherg.az" xəbər verir ki, bu barədə yazıçı feysbuk hesabında məlumat verib. Kəramət Böyükçöl qeyd edib ki, bu ilin fevral ayında Texniki Universitetin qarşısında icarəyə kitab mağazası götürüb. Amma indi anlayıb ki, hər şey onun təsəvvür etdiyi qədər də asan deyilmiş: "Əvvəl kitablarımı küçələrdə satırdım, pulu özümə qalırdı, indi isə kitablarımı satıb mağazanın icarəsinə və əlavə xərclərə verirəm. Ona görə də qərara gəldim ki, daha mağazanın fəaliyyət göstərməsinin bir mənası yoxdu. Bir neçə günə mağazanı bağlayıram. Amma kitab satmağa yenə davam edəcəyəm. Planım bundan ibarətdi ki, təxminən 100 nəfərdən ibarət yaxın dost çevrəmin hərəsi mənə 300 manat kömək edəcək, pul yığıb özümə bir qazel alacağam. Yeriyən kitab mağazam olacaq, hər həftə bir metro yanında, şəhərin, ölkənin müxtəlif yerlərində, rayonlarda, kəndlərdə kitab satacağam. Alınır alınsın, alınmır da heç alınmasın. Elmlər Akademiyasının qarşısındakı park yerindədi " - deyə yazıçı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət