Koronavirusdan 13 nəfər ölüb, biri 16 aylıq uşaqdır: Seuldakı azərbaycanlı tələbə "Şərq"ə danışdı
Şəymən Bayramova
15:00 29.02.2020
Gündəm
763
Çinin Uhan şəhərində yaranan ölümcül koronavirus epidemiyası gün keçdikcə öz əhatəsini daha da genişləndirir, artıq başqa ölkələrdə də koronavirusdan ölüm halları qeydə alınıb. Minlərlə insanın ölümünə səbəb olan bu dəhşətli virusla bağlı xarici ölkələrdə ab-hava necədir, virus əleyhinə hansı tədbirlər görüldüyünü öyrənmək üçün Cənubi Koreyanın paytaxtı Seulda jurnalistika təhsili üzrə təhsil alan Nigar Eyyubova ilə əlaqə saxladıq.
Nigarın dediyinə görə, Cənubi Koreyada koronavirusun kütləvi yayılmasına səbəb missioner bir qadının kilsədə dini ritualı icra etməsindən qaynaqlanıb: "Koronavirus daşıyıcısı olduğu sonradan təsdiqlənən qadının Dequdakı kilsələrin birinə baş çəkərək ibadətə gələn xeyli adamı yoluxdurduğu güman olunur. Yerli hakimiyyət orqanları həmin kilsədə ibadətdə olmuş insanları karantinə alıb, onların da əksəriyyətində koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin simptomları müşahidə olunub. Ən pisi də odur ki, kilsədə koronavirusa yoluxan insanlar da başqa-başqa şəhərlərə getdiyi üçün onlar da yoluxub. Bu hadisədən sonra hökumət koronavirusun sürətlə yayılması ilə əlaqədar xəbərdarlıq dərəcəsini ən yüksək səviyyəyə qaldırıb. Çünki həmin ana qədər Cənubi Koreyanın paytaxtı Seulda cəmi 7 şəxsdə koronavirus infeksiyası aşkarlanmışdı. Bunun da səbəbi paytaxt şəhərin turizm mərkəzi olması ilə bağlıdır".
Nigar deyib ki, Cənubi Koreya əhalisi ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasının öhdəsindən gələ bilmədiyi üçün prezidentin istefasını tələb edir:
"Bələdiyyə himayəsində olan xəstəxanalarda xüsusi rejim yaradılıb. Özündə qızdırma və öskürək əlamətləri hiss edən şəxslər dərhal xəstəxanaya müraciət edərək özünü yoxladır. Şəhərin əsas gediş-gəliş məntəqələrində hərarət ölçən aparatlar quraşdırıblar. Həmin ərazidən keçən hər hansı şəxsin qızdırması varsa, cihazın işığı yanır və siqnal verir. Ümumilikdə 2337 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb. Ölənlərin və yoluxanların əksəriyyəti yaşlı nəsildir. Biri isə 16 aylıq uşaqdır. Koronavirusa yoluxan 27 nəfərin sağaldığını deyən həmyerlimizin sözlərinə görə, həmin şəxslər SPİD xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitəsilə sağalıb".
Nigar Cənubi Koreyada da maska qıtlığının yaşandığını deyib və səbəb kimi də koronavirusun yayılmağa başladığı ilk günlərdə ölkədəki maskaların Çinə ixrac olunmasını göstərib:
"Artıq vəziyyət o həddə çatıb ki, paytaxt Seulda bir nəfərə iki dənədən artıq maska satılmır. Bundan əlavə maskaların qiyməti də 3 dəfədən çox bahalaşıb. Artıq insanlar maskanı başqa ölkələrdən onlayn əldə etməyə başlayıb. İnsanların narazılığından sonra apteklərə nəzarət gücləndirilib. Ölkədə maska istehsalını artırmaq üçün imkanlı şəxslər öz büdcələrindən müəyyən miqdarda vəsait ayırmağa başlayıblar. İnsanların kütləvi toplaşdığı məkanlar, fitnes-klublar, alış-veriş, turizm mərkəzlərinə giriş məhdudlaşdırılıb. Universitetlər və orta məktəblərdə mart ayının 20-nə qədər tətil müddəti uzadılıb".
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə