Ukrayna Prezidenti Vladimir Zelenskinin danışıqlar aparmaq üçün Moskvaya gəlməsinə dəvət Rusiyanın böyük xoşməramlı jestidir.
Sherg.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Bu şəxsə (Zelenskiyə – red.) dəvət göndərilib. Əgər görüşmək istəyirsə, gəlsin. Bu, artıq bizim tərəfdən böyük xoşməramlı jestdir. Çünki o, Putin və onun komandası ilə əlaqələri qadağan edən fərmanını hələ də ləğv etməyib”, – Lavrov Zelenskinin Rusiya prezidenti ilə görüşmək istəyi barədə açıqlamalarını şərh edərkən deyib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl dəfələrlə bildirib ki, Zelenski dialoqa hazırdırsa, Moskvaya gələ bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Zelenskinin Moskvaya səfəri ilə bağlı dəvətin qüvvədə qaldığını təsdiqləyib.