Londonda Azərbaycanın Orta dəhlizin inkişafına verdiyi töhfələr müzakirə edilib
Yusif Sultanoğlu
03:19 24.11.2023
Gündəm
339
ABŞ-ın Vaşinqton şəhərində fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi Britaniyanın nüfuzlu beyin mərkəzi olan Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut ilə birgə Londonda Xəzər Enerji Təhlükəsizliyi mövzusunda Konfrans təşkil edib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.
Konfrans zamanı Britaniya və Xəzər hövzəsi ölkələrinin enerji təhlükəsizliyi, regional əməkdaşlıq və son zamanlar strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafı kimi məsələlərə dair perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tim Stern növbəti ilin yaz aylarında Britaniyanın Enerji Təhlükəsizliyi Konfransına ev sahibliyi edəcəyi barədə məlumat verib və istər enerji təhlükəsziliyi, istərsə də alternativ enerjiyə keçiddə Xəzər hövzəsi ölkələrinin əhəmiyyətli roluna diqqət çəkib. O, Britaniyanın Orta Dəhlizin inkişaf etdirilməsinə tam dəstək verdiyini bildirib.
Azərbaycanın Britaniyadakı Səfirliyinin müşaviri Günel Səlimova Azərbaycanın regional və qlobal konnektivliyə, o cümlədən Orta dəhlizin işləkliyinə verdiyi töhfələrdən bəhs edib. Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğunu bildirən G.Səlimova həmçinin azad edilmiş ərazilərdəki infrastruktur və alternativ enerji layihələrinə diqqət çəkib, beynəlxalq tərəfdaşları Azərbaycanın Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə çağırıb.
Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər hövzəsi regionunun strateji əhəmiyyəti, xüsusən enerji təchizatının şaxələndirilməsindəki rolundan, Orta Dəhliz vasitəsi ilə enerji daşımaları sahəsində görülən işlərdən söz açıb.
Bir neçə paneldən ibarət olan tədbirdə, həmçinin Gürcüstanın Britaniyadakı səfiri Sofiya Katsavara, Türkiyənin Britaniyadakı səfiri Koray Ərtaş, Qırğızıstanın Britaniyadakı səfiri Ulan Cusupov, Özbəkistanın Britaniyadakı səfiri Ravşan Usmanov və Qazaxıstanın Britaniyadakı səfirliyinin nümayəndəsi, Britaniyalı diplomat Deyvid Moran, Xəzər Siyasət Mərkəzinin Məşvərətçi Şurasının üzvü Erik Rudenşold, eləcə də Britaniya siyasi və akademik dairələrindən olan mütəxəssislər çıxış edib. Çıxışlarda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlaqələndirici rolu xüsusi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə