Macarıstanda müxalif Tisza Partiyasının lideri Peter Madyar parlament seçkilərində qələbə qazandıqlarını açıqlayıb.
Sherg.az xəbər verir ki, Madyar paytaxtda keçirilən mitinqdə çıxış edərək bildirib: “Bu seçkiləri həm "Tisza", həm də Macarıstan qazandı. Bu, kiçik yox, çox böyük qələbədir. Birlikdə Viktor Orban sistemini dəyişdik və ölkəni geri qaytardıq.”
O, tərəfdarlarına göstərdikləri dəstəyə görə təşəkkür edib.