Mədəniyyət həm də metrodan başlayır: Nə yazıq ki, bəzən bu davranışdan nə maşinistdə var, nə də...
Məlahət Rzayeva
11:52 13.02.2020
Gündəm
876
Metro vaqonlarında “maşinist-sərnişin” rabitəsi üçün quraşdırılmış monitorları bu nəqliyyat vasitəsindən istifadə edənlərin hamısı görür. Son zamanlar, xüsusilə də yeni metro vaqonlarında bəzən sərnişinlər bilərəkdənmi, ya bilməzə o monitora toxunur, ordan da “buyurun, danışın” səsi gəlir.
Vaqonda fövqəladə hal baş verməyibsə və hansısa sərnişin də monitora bilməyərək, təsadüfən toxunubsa, maşinist “buyurun, danışın” deməkdən yorulur, nəhayət, “rabitə başa çatdı” sözləri ilə məsələyə nöqtə qoyur. Amma fərqli situasiyalar da olurmuş, deməyəsən. Həmkarımız Rasim Mustafaoğlu bir neçə gün əvvəl metro vaqonunda qarşılaşdığı olayla bağlı sosial şəbəkədə belə bir paylaşım edib:
“10 dəqiqədən artıqdır metro (vaqon) Gənclikdən Nərimanova gedən tuneldə dayanıb. Kimsə maşinistlə əlaqə düyməsini basıb nəsə soruşdu. Maşinistin cavabı:
- Qardaş qabaqdakı qatar getsin biz də gedəcəyik də!.. (hirslə).
Və bu anda vaqonun daxili qapısı açıldı və bir metro işçisi girdi:
- İşıq keçib də neyləyək? (Bu qaqa da hirsli idi yaman).
Vəssalam. Qatarda onlarla qadına, uşağa belə motivasiya verdi yeraltı dünyamızın xidməti. Elə bil camaat bu “düdüklər”in belində gedir. Bunların bir başbiləni-zadı yoxdur görəsən?! Görəsən, başqa hadisə olsa bu işçilər neylərdi?”
Metropolitenlə gün ərzində bəlkə də 1 milyona yaxın sərnişin daşınır. Sərnişinlər arasında əsəbi, gərgin olanı, ruhi-psixoloji durumu zədəli, qaranlıqdan, havasızlıqdan qorxanı və sair ola bilər. Yəqin ki, maşinistlər, metropoliten işçiləri bu amilləri nəzərə almalıdırlar və bacardıqca nəzakətli, sakitləşdirici tərzdə davranmalıdırlar. Necə deyərlər, odun üstünə yağ yox, su tökməlidirlər. Həmçinin, sərnişinlər də metropoliten kimi qapalı, gərgin iş şəraitində, hədsiz diqqət və sayıqlıq tələb olunan işdə çalışan maşinistləri də başa düşməli və yüzlərlə insanın həyatına cavabdehlik daşıyan maşinistin diqqətini əbəs yerə yayındırmaqdan çəkinməlidirlər.
Məsələ ilə bağlı “Şərq”ə danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd etdi ki, “maşinist-sərnişin” rabitəsi metro vaqonunda baş verə biləcək hər hansı gözlənilməz halla bağlı sərnişinlərin maşinisti məlumatlandırması üçündür. Maşinist sərnişinin müraciəti – düyməni basması sonuncu sərnişinlə rabitəyə daxil olur və məlumat alır. Təbii ki, maşinist sərnişinlə nəzakətlə davranmalı, sərnişini narahat edən hadisə, vəziyyətlə bağlı məlumat alıb, cavablandırmalı, metro vaqonunda sakitlik yaranmasına, sərnişinlərin təşvişə düşməməsinə çalışmalıdır. Əgər həqiqətən hansısa fövqəladə, gözlənilməz hadisə baş veribsə, sərnişinləri məlumatlandırmalı, özündən asılı olmayan məsələdə isə dispetçerlə əlaqə saxlayıb lazımi açıqlamanı sərnişinlərə çatdırmalıdır. Amma sərnişinlər də maşinistin necə məsuliyyətli və gərgin şəraitdə vaqon idarə etdiyinin fərqinə varmalıdır. Bəzən, görürük ki, heç bir əsas olmadan sərnişin maşinistlə əlaqə yaratmaq istəyir, düymələrlə “oynayan” sərnişinlər də olur. Əlbəttə, belə hallar yolverilməzdir. Maşinisti, əsassız yerə diqqətdən yayındırmaq olmaz. B.Məmmədov sözügedən hadisənin vaxtını dəqiqləşdirib həmin zaman metropolitendə nə baş verdiyini müəyyənləşdirəcəyini də dedi.
Qeyd edək ki, sosial şəbəkədə yazılanlara görə, metro vaqonunun tuneldə dayanmasına səbəb bir vətəndaşın özünü relslərin üzərinə atmaq istəməsi olub. Lakin onun qarşısı alınıb. Bu səbəbdən də metroda gecikmə yaranıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət