Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb
Yusif Nəzərli
16:44 16.03.2025
Gündəm
433
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Sherg.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.
Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.
Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya