Məşhur müğənniyə AĞIR İTKİ

“Yeni ulduz 6” mahnı müsabiqəsinin qalibi, tanınmış müğənni Vüqar Muradova ağır itki üz verib.
Bakupost.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda ifaçı özü sosial şəbəkədə məlumat yayıb:
"Qoca çinar yıxıldı, kürəyimi qırdı getdi. Atam yoxdur artıq, tərk etdi bizi, yetim, atasız qaldım" deyə, Vüqar bildirib.