
“Milli dirçəliş istiqlala getmək üçün işğaldan çıxışdır”
Yusif Nəzərli
12:47 17.11.2022
Gündəm
569
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Qeyd edək ki, Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub və artıq iki ildir, bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur.

Milli dirçəliş günü münasibətilə Azərbaycan xalqını təbrik edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a vurğulayıb ki, bu gün bütün millətlər üçün əsas olan bir məsələdir:
“ Novruz bayramı necə türkün Ergenekondan çıxması ilə bağlıdırsa, milli dirçəliş də istiqlala getmək üçün işğaldan çıxışdır. 1988-ci ildə başlayan hərəkat, ölkəmizdə 1991-ci ildə müstəqillik aktının qəbul edilməsi ilə yekunlaşdı. Əslində bu millətin uzun illərdir, apardığı mübarizənin nəticəsi idi.
Düzdür, bu, başlanğıc da sayıla bilməz. Çünki buna qədər Azərbaycan bölünəndən, 1988-ci ilə kimi vuruşub. Həmin ərəfəyə qədər hətta Güney Azərbaycanda 3-4 dəfə inqilab olmuşdu. Lakin 1988-ci ildə olan dalğa bizim müstəqil olmağımız ilə sona çatdı. Bizə bu müstəqilliyin verildiyini deyənlər isə çox yanılırlar.
Ona görə ki, 1988-ci dünyada, azərbaycanlılar ilin ən mübariz xalqı adını aldı. Mübarizə aparmayan bir xalq heç vaxt bu ada layiq görülməz.
Dirçəliş və müstəqillik şəhidlərimizin qanı, canı hesabına əldə edildi. SSRİ-nin saxlanılmasına etiraz edən millətimiz, müstəqillik aktını 98 faizlə qəbul etdi.
Çox şükürlər olsun ki, iki il əvvəl işğal altında olan torpaqlarımız müzəffər ordumuzun şücayəti ilə azad edildi. İndi isə Güney Azərbaycanda dirçəliş dalğası başlayıb.
Ümid edirəm ki, bu dalğa Güneyin müstəqilliyi ilə sona çatacaq və günün birində hər iki Azərbaycan qovuşacaq”.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm