Milli Məclisin sədrinə Zəfər Günü münasibəti ilə təbriklər ünvanlanıb
Yusif Nəzərli
17:45 09.11.2022
Gündəm
364
Bu günlərdə 8 Noyabr - Zəfər Günü münasibəti ilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubları ünvanlanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopdan, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfdən, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Erdən və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevdən daxil olmuş təbrik məktublarında xalqımızın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinin 2-ci ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya və onun timsalında parlamentin deputatlarına səmimi təbriklər ünvanlanıb.
Məktublarda Azərbaycan xalqının iradəsi, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində əldə olunan bu Qələbənin müasir tarixdəki yeri yüksək dəyərləndirilib, Türkiyə və Pakistanın Azərbaycana qardaşlıq və dostluq dəstəyi bir daha təsdiqlənib, ölkəmizlə dostluq və əməkdaşlığın, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Təbrik məktublarında cəsarət və fədakarlıqları heç bir zaman unudulmayacaq əziz şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə can sağlığı, Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzuları öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm