MSK Mustafa Hacılının müraciəti barədə qərar verib
12:15 13.09.2024
Gündəm
425
8 saylı Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Mustafa Hacılının müraciətinə baxılıb.
"Sherg.az"xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, müraciət Ekspert qrupunun üzvü tərəfindən araşdırılıb: “Ərizəçi müraciətinə 16 akt və 1 ədəd elektron daşıyıcı əlavə edib. Dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq təkrar araşdırma aparılıb. Müşahidəçilərin əsasən səsvermə prosesini izləyə bilməmələri, 12 saylı seçki məntəqəsindən müşahidəçisinin məntəqədən uzaqlaşdırıldığı, sonra buraxıldığı iddia edilib. Seçki günü dairə üzrə müşahidə aparan müşahidəçilərdən alınmış izahatlar və aktlar əsasında dairə seçki komissiyası belə qərara gəlib ki, müraciətdəki iddialar əsassızdır. Ərizəçi tərəfindən təqdim edilmiş elektron daşıyıcıda videogörüntülərin araşdırılması zamanı məlum olub ki, bunlar hər hansı hüquq pozuntusunu özündə ehtiva etmir. Yuxarıda göstərilənlərə əsasən, dairə seçki komissiyasının düzgün hüquqi nəticəyə gəldiyi müəyyən edilib. DSK-nın qərarı dəyişdirilmədən saxlanılmalıdır”.
Təklif səsə qoyularaq qəbul edilib və DSK-nın qərarı qüvvədə saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət