Muhittin Böcekdən ETİRAF: Ferdi Zeyrəyə 950 min avro verdiyini açıqladı

Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbsdə olan bələdiyyə sədri Muhittin Böcek yeni ifadəsində CHP sədri Özgür Özəlin istəyi ilə mərhum Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrəyə 950 min avro təhvil verdiyini bildirib.

Sherg.az xəbər verir ki, Böcek həmçinin seçki dövründə Ferdi Zeyrəyə ümumilikdə 1 milyon 950 min avro, 200 min dollar və 15 milyon lirə ödəniş edildiyini iddia edib.

Prokurorluq tərəfindən aparılan telefon siqnalları araşdırması zamanı Böcekin telefonunun Ferdi Zeyrəyə aid olduğu bildirilən ünvanda saatlarla aktiv olduğu müəyyənləşdirilib.

İstintaq davam edir.