Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq müharibənin dayandırılmasını təklif edib.
Sherg.az xəbər verir ki, Zelenskinin rəsmi saytında yayımlanan məktubda deyilir:
“Ukrayna müharibəni Sizinlə bizim aramızda aparılacaq formatda başa çatdırmağı təklif edir”.
Bundan əvvəl Putin “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026” çərçivəsində çıxışı zamanı Rusiyanın Ukrayna tərəfindən sülh sazişini imzalayacaq şəxsləri tapa biləcəyini, əsas şərtin Kiyevin buna siyasi iradə göstərməsi olduğunu bildirmişdi.
Zelenskinin məktubu Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həlli istiqamətində yeni çağırış kimi qiymətləndirilir.