Naxçıvanı idarə edən Ali Məclisin sədridir, Fuad Nəcəfli iş görə bilmir
16:48 05.11.2025
Gündəm
151
Hesablama Palatası Naxçıvan Dövlət Universitetində audit aparıb.
Auditin nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetində bir sıra qanunsuzluqlar və qayda pozuntularına rast gəlinib.
Naxçıvan Muxtar Respublikasındakı son vəziyyətlə bağlı "Sherg.az"-a danışan tanınmış jurnalist, “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz bildirib ki, Naxçıvan Dövlət Universiteti islahatlardan əvvəl Vasif Talıbovun oğlu Seymur Talıbovun nəzarətində idi:
“Seymur Talıbov oranın prorektoru idi. Əlbəttə, oranın rektorunun da burada baş verən qanunsuzluqlarda rolu böyükdür. Ancaq oranı idarə edən Seymur Talıbov idi. Atası bütün ixtiyarı ona vermişdi. Oda ərköyün bir uşaq idi. O, özünü idarə edəcək ağla belə sahib deyildi. Hətta bu səbəbdən atası onun Naxçıvandan kənara çıxışına icazə vermirdi. O, Naxçıvanda at oynadırdı. Rüşvətxorun biri idi”.
Jurnalist qeyd edib ki, ümumiyyətlə Naxçıvan Dövlət Universiteti Seymur Talıbovun qanunsuzluq məkanına çevrilmişdi:
“Orada hələ ki, yalnız yeyintilər aşkarlanıb. Amma orada başqa dəhşətli cinayətlər də baş verib. Yəqin ki, aidiyyatı qurumlar bu məsələləri araşdıracaqlar. Orada milli təhlükəsizliyimizlə bağlı çox ciddi problemlər törədilirdi. Hətta 10 il bundan öncə müxtəlif mətbuat orqanların da çıxan xəbərlərə görə PKK terrorçuları Naxçıvan Dövlət Universitetində təşkilatlanırmış”.
H.Oğuz vurğulayıb ki, Naxçıvanın köklü islahatlara ehtiyacı var. İlk öncə Naxçıvanın status aradan götürülməlidir:
“Hazırki vəziyyətdə Naxçıvanın muxtar statusu götürülməlidir. Bu baş verərsə, çox daşlar yerində oturacaq. İndi ora Fuad Nəcəflini təyin ediblər. Prezidentin səlahiyyətli nümayəndəsinin isə fəaliyyəti məhdudlaşdırılıb. Fuad Nəcəflinin heç bir səlahiyyəti yoxdur. Hazırda Naxçıvanı idarə edən Ali Məclisin sədridir. Vladmir Leninin “arabanın 5-ci təkəri” deyə məhşur bir sözü var. Arabanın hərəkəti üçün 4 təkər kifayət edirsə, 5-ci təkərə ehtiyyac yoxdur. Fuad Nəcəfli Naxçıvanda arabanın 5-ci təkəri rolunu oynayır”.
“Fuad Nəcəfli Şahbuzdandır və yanında formalaşdırdığı komanda Şahbuzdandır. O, öz yerlilərini yanına yığmaqla məşğuldur. Naxçıvanda yaşayan əhali tərəfindən bu hal birmənalı qarşılanmır və narazılıqlara səbəb olur. Burada hələ görüləcək çox işlər var”- deyə jurnalist bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm