Nazir: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
18:11 17.09.2024
Gündəm
496
Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində deyib.
“Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir – 20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar, ətraf mühitin mühafizəsi və iqlim problematikası üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir. Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərib. Biz buna regional əməkdaşlıq formasında baxırıq. Burada həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan söhbət gedir”, – Muxtar Babayev qeyd edib.
O vurğulayıb ki, postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcək COP tədbiri “böyük məsuliyyətdir”:
“Biz burada iqlim danışıqlarından başqa, ətraf mühitin mühafizəsi ilə bağlı digər məsələlərin də müzakirəsinə imkan yaradacağıq .Əsas məsələlərdən biri maliyyələşdirmədir ki, iqlim gündəliyinin həlli üçün və iqlim dəyişikliyi ilə mübarizədə daha çox maliyyə resurslarının formalaşdırılması, ölkələr tərəfindən maliyyə yardımlarının təşkil olunması müzakirə predmeti olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət