Netanyahunun təyyarəsi Almaniyada qalır

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi təyyarəsi İranla bağlı hücumların başlamasından dərhal sonra təhlükəsizlik səbəbilə aparıldığı Almaniyada qalmaqda davam edir.

Sherg.az xəbər verir ki, “Flight Tracker” uçuş izləmə saytının məlumatına görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından sonra “Wing of Zion” adlı hökumət təyyarəsi ölkəni tərk edib. Təyyarə yerli vaxtla saat 08:21-də Birüssebi şəhərindəki hava bazasından havaya qalxıb və axşam saat 21:29-da Berlinə eniş edib.

Təyyarənin mümkün təhlükəsizlik risklərini minimuma endirmək məqsədilə İsraildən çıxarıldığı bildirilir. Qeyd edək ki, ötən ilin iyununda İranla gərginlik zamanı da “Wing of Zion” xaricə aparılmışdı.